Xəzər Xəbər

Sərnişinlərə ŞAD XƏBƏR Yükləri daşımaq üçün pulsuz xidmət

Cəmiyyət | 16:50 • 10 May 2019
Sərnişinlərə ŞAD XƏBƏR

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı Nəqliyyat Qovşağında sərnişinlərə yüklərini daşımaq üçün arabalar təqdim edilir.

BBAK-nin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədovanın Publika.az-a verdiyi məlumata görə, sərnişinlər arabalardan pulsuz istifadə edə biləcək.

"Bir neçə müddətdir fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla daşıya bilər. Sərnişinlərdən tək xahişimiz arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoymasıdır. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir”.

Xəbər lenti