Xəzər Xəbər

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanına qeydiyyat davam edir

Cəmiyyət | 13:10 • 8 May 2019
Müəllim olmaq istəyənlər üçün sınaq imtahanına qeydiyyat davam edir

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanına qeydiyyat prosesi davam edir.


Təhsil Nazirliyindən bildiriblər ki, sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.


Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Xəbər lenti