Xəzər Xəbər

Ərik qaraciyərin formada qalmasını dəstəkləyir

Cəmiyyət | 15:56 • 24 Aprel 2019
Ərik qaraciyərin formada qalmasını dəstəkləyir

Tərkibində pektin – qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir.


AZƏRTAC bu barədə "Rossiyskaya qazeta”ya istinadla xəbər verir. Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyən bu maddələr enterosorbentlərdir (zəhərli maddələri bir-birinə bağlayaraq aktivləşdirilmiş kömür kimi həcm sistemindən xaric edirlər).


Mütəxəssislər ərik meyvəsinin faydalı olmasını etiraf etsələr də, onun həddən artıq qəbul olunmasını məsləhət görmürlər. Xüsusən hepatitdən əziyyət çəkən insan üçün gündə bir ədəd ərik yetərlidir. Ali kateqoriyalı həkim-terapevt Aleksey Vodovozov deyib: "İş ondadır ki, əriyin tərkibində olan beta-karotin qaraciyərdə parçalanır. Qaraciyər xəstəlikləri olan insanlarda bu, əlavə yüklənmədir”.


Lakin zərərli şirniyyatların əvəzinə ərik qəbul edilərsə, bu meyvə birmənalı olaraq sağlamlığı möhkəmləndirir və çəkini aşağı salır. Məsələn, 100 qram şokoladın tərkibində 600 kilokalori olduğu halda, 100 qram əriyin tərkibində cəmi 40 kalori var.


Bir vacib məqamı qeyd etməliyik ki, əriyi yeməzdən əvvəl onu axar suda yaxşıca yumaq lazımdır (meyvənin nahamar qabığı mükəmməl təmizləmə tələb edir).

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar