Xəzər Xəbər

Bir ailənin 4 üzvünün ölümünə səbəb olan sürücünün cinayət işi yenidən məhkəməyə göndərilib

Cəmiyyət | 14:10 • 16 Mart 2019
Bir ailənin 4 üzvünün ölümünə səbəb olan sürücünün cinayət işi yenidən məhkəməyə göndərilib

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə ibtidai istintaq araşdırması başa çatıb.


ONA-nın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq cinayət işinin hazırlıq iclası yaxın vaxtlarda məlum olacaq.


Qeyd edək ki, ötən il dekabrın 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunda "Mercedes" markalı minik və yük avtomobillərinin toqquşması nəticəsində Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı, Hüseynova Selcan Vüqar qızının və 6 aylıq körpə Hüseynova Cənnət İntizam qızı ölüb. Ölənlər bir ailənin üzvləridir.


Cinayət işi Bakı ağır Cinayətlər Məhkəməsində araşdırılsa da, vəsatət əsasında prokurorluğu qaytarılmışdı.

Xəbər lenti