Xəzər Xəbər

Yetkinlik yaşına çatmayanlar siqareti sənədlə alacaqlar

Cəmiyyət | 09:42 • 16 Mart 2019
Yetkinlik yaşına çatmayanlar siqareti sənədlə alacaqlar

Azərbaycanda tütün məmulatları satan şəxs tütün alan yetkinlik yaşına çatmayan şəxsdən şəxsiyyət vəsiqəsi tələb edəcək.

Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

Bu dəyişikliklə qaydalara yeni bənd əlavə edilib.

Həmin əlavədə qeyd edilir ki, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.

Xəbər lenti