Xəzər Xəbər

Azərbaycan 12 ölkəyə xidməti axtarış itləri göndərib

Cəmiyyət | 14:05 • 22 Fevral 2019
Azərbaycan 12 ölkəyə xidməti axtarış itləri göndərib

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzi 12 ölkəyə xidməti axtarış itləri göndərib.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib.

İ.Osmanov bildirib ki, Kinoloji Mərkəzdə hazırda 60 baş xidməti axtarış iti var:

"Bir xidməti itin, misal üçün, alman çoban itinin saxlanma xərci bir ilə 1000-2000 manat arasında dəyişir. Əlbəttə, bu, qida rasionundan asılıdır. Normalda bir xidməti itin Avropada satışı isə 10-15 min avro arasında dəyişir".

O qeyd edib ki, indiyədək Kinoloji Mərkəz 12 ölkəyə, o cümlədən Makedoniya, Gürcüstan və Seneqala xidməti axtarış itləri göndərib. 

Xəbər lenti