Xəzər Xəbər

Telefon “apardı”, 9 il cəza aldı

Cəmiyyət | 17:18 • 19 Fevral 2019
Telefon “apardı”, 9 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 23 yaşlı Cavanşir Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Prosesdə hökm oxunub. Hökmə əsasən, Cavanşir Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, C.Bayramov cinayət əməlini pytaxtın Nizami rayonunda törədib. Belə ki, rayon sakini Eşqin Gülalıyev Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə müraciət edərək, Qara Qarayev prospekti, 1 ünvanında tanımadığı şəxsin ona kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.


Quldurluq hadisəsi ilə bağlı Nizami rayonu 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.


C.Bayramov Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham olunur. (Virtualaz.org)c

Xəbər lenti