Xəzər Xəbər

Azərbaycana böyüklər üçün qızılcaya görə vaksinlər gətiriləcək - Xəstəlik xaricdə yayıldığı üçün

Cəmiyyət | 14:58 • 18 Yanvar 2019
Azərbaycana böyüklər üçün qızılcaya görə vaksinlər gətiriləcək -

Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, artıq Səhiyyə Nazirliyi UNİCEF-ə 106 min doza vaksinin ölkəyə gətirilməsi, başqa sözlə 106 min nəfərin vaksin edilməsi üçün sifariş verib. Vaksinlər böyüklərin immunizasiyası üçün istifadə edilləcək.

Mərkəz rəsmisi əlavə edib ki, vaksinlər gətirildikdən sonra nazirliyin əmrinə müvafiq olaraq, 18 yaşından yuxarı olan şəxslər ərazi poliklinikalarına müraciət edərək peyvənd edilə biləcəklər:

A.Əliyeva qeyd edib ki, vaksinlərin Azərbaycana martın sonu-aprelin əvvəlində gətirilməsi nəzərdə tutulur:

”Uzun illərdir ki, Avropa ölkələrində qızılcanın yayılması prosesi dayanmır. Bizimlə həmsərhəd olan Gürcüstanda da qızılcaya yoluxanların sayında artım baş verib. Azərbaycanda da əhali xarici ölkələrə səfərlər edirlər. İnsanlar peyvənd edilərsə, immunitetləri yarandıqları üçün xəstələnməzlər. Ona görə də insanların peyvənd edilməsi çox vacibdir”.

RGEM rəsmisi bildirib ki, hazırda Azərbaycanda uşaqların immunizasiyası üçün kifayət qədər vaksin var:

"Ölkədə uşaqların sayına uyğun qızılca-məxmərək əleyhinə kombinə olunmuş vaksinlər var. Ona görə də valideynlər uşaqlarının təqvimə uyğun şəkildə peyvənd edilməsi üçün yaşayış yeri üzrə ərazi tibb müəssisələrinə müraciət etsinlər. Əgər kimsə vaxtilə peyvənddən imtina edibsə, onlar yenidən müraciət edərək uşaqlarını peyvənd etdirə bilərlər. Bu xəstəliklə mübarizədə əsas vasitə immunizasiyadır”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
536 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti