Xəzər Xəbər

DİN-in avtomobilləri satışa çıxarıldı - QİYMƏTLƏR

Cəmiyyət | 11:34 • 14 Yanvar 2019
DİN-in avtomobilləri satışa çıxarıldı -

Daxili İşlər Nazirliyi ona bilavasitə tabe olan qurumun balansındakı avtomobilləri hərraca çıxarıb.


BAKU.WS xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının avtomobillərinin satışı üçün hərrac təşkil edəcək.


12 fevral tarixində keçirilməsi gözlənilən hərraca ümumilikdə 12 avtomobil çıxarılıb.


DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd "Fiat Doblo” və hərəsi bir ədəd olmaqla "Fiat Kombi Aktiv”, QAZ-3110 və "Volksvagen Passat” avtomobilləri təqdim edib.


Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobillərdir ki, ilkin start qiyməti 5200 manatdan başlayır.


"Fiat Dablo”ların ilkin start qiyməti isə 4500 manatdır.


Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayır.

Xəbər lenti