Xəzər Xəbər

İstedadlı şagirdlər üçün eksternat imtahanları başlanır

Cəmiyyət | 10:43 • 14 Yanvar 2019
İstedadlı şagirdlər üçün eksternat imtahanları başlanır

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar başlanır.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) xezerxeber.az-a bildiriblər ki, eksternat imtahanları bu gün və yanvarın 15-də paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq. Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanıb.


Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.


Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.

Xəbər lenti