Xəzər Xəbər

Bakıda ağırçəkili xəstəni təcili yardıma çatdırmaq üçün xilasedicilərə müraciət edilib

Cəmiyyət | 11:07 • 13 Yanvar 2019
Bakıda ağırçəkili xəstəni təcili yardıma çatdırmaq üçün xilasedicilərə müraciət edilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub.


FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.

Xəbər lenti