Xəzər Xəbər

Varikozdan xilas olmaq üçün nə etməli?

Cəmiyyət | 14:59 • 12 Dekabr 2018
Varikozdan xilas olmaq üçün nə etməli?

Ayaqlarda şişkinlik, ağırlıq və ağrı, qıcolmalar, daha sonralar isə — aşağı ətraflarda çətin sağalan yaralar və hətta xoralar, — bunlar aşağı ətraf venalarının varikoz xəstəliyinin simptomlarıdır. Bu xəstəliyə, bir qayda olaraq, işləmək qabiliyyətli yaş dövründə olan insanlar tutulur, həm də qadınlarda kişilərə nisbətən 3-4 dəfə daha çox rast gəlinir. Çox zaman xəstəlik 20-30 yaşlarından başlayır,Statistika təsdiq edir ki, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə qadınların və kişilərin təxminən üçdə iki hissəsi aşağı ətrafların varikoz xəstəliklərindən əziyyət çəkir, 3 – 11 % -də dərinin trofik dəyişiklikləri, 1 – 2,7 %-də isə trofik xoralar müşahidə edilir. Həmçinin qeyd edilmişdir ki, varikoz xəstəliyi getdikcə "cavanlaşır”. Artıq indi xəstələrin demək olar ki, yarısı 30 – 35 yaşlı insanlardır. Üstəlik varikoz hətta uşaqlara da toxunmuşdur – yuxarı sinif şagirdlərinin 10 – 15 %-də artıq xəstəliyin ilk simptomları müşahidə edilir.
Varikozdan xilas olmaq üçün, erkən diaqnozun mühüm əhəmiyyəti vardır. Kiçik damarların dəri üzərində ulduzcuqlar kimi olması, damarların kobud şəkildə çıxması, şişkinlik — varikozun əlamətləridir.

Aşağı ətraflarda varikoz xəstəliyinin yaranmasına şərait yaradır:

• irsi meyl;

• hormonal dəyişikliklər;

• ağır fiziki iş;

• hamiləlik;

• ayaq üstə iş;

• artıq çəki;

• azhərəkətli həyat tərzi.

Varikoz xəstəliyi həm funksional, həm də kosmetik baxımdan böyük çətinliklər yaşadır. Varikoz xəstəliyinin ağırlaşmaları dərin venaların trambozu, trombofilebit, aşağı ətraflarda xora xəstəliyi yaradır. Varikozdan xilas olmaq üçün, erkən diaqnozun mühüm əhəmiyyəti vardır.

Varikoz xəstəliyinin dəqiq diaqnostikası Rəngli Doppler (damarların duplex angioskanı) vasitəsilə həyata keçirilir.

Müayinə ayaqüstə 10-15 dəqiqəərzində aparılır. Tam ağrısızdır, hər hansı diskomfort hissi yaratmır.

Aşağı ətraflarda ağrı, ağırlıq, yorğunluq hissi, gözlə görünən iri və xırda ölçülü damarlar, ayaqda şişkinlik və yaralar,

ailədə varikoz xəstəliyinın olması müayinənin aparılmasına göstəriş sayılır. Müayinənin aparılmasına əks göstəriş yoxdur,

hamilə qadınlara da oluna bilər.

Müayinə zamanı gözlə görünməyən səthi və dərin damarların ölçüləri, genişlənmə dərəcəsi, qapaq funksiyaları, keçiriciliyi, trombunolub-olmaması genişlənmiş damarların bir-biri ilə əlaqəsi müəyyən olunur.

Rəngli Doppler sadə müayinə üsulu olub yüksək diaqostik əhəmiyyətə malikdir. Verilən rəy mütəxəsisin səriştəsindən asılı olduğu üçün müayinənin ixtisaslaşmış fleboloq tərəfindən icra olunması məsləhətdir.

Müayinənin nəticəsində varikoz xəstəliyinin dəqiq diqanozu və müalicə planı tərtib olunur.

Daha öncələr xora xəstəliyinin müalicəsində uzun müddətli müalicə və dərmanlardan istifadə edilirdi. Lakin biz dünyanın ən son metodu Alman Texnologiyası olan Endovenoz Lazer Ablasiya əməliyyatındandan istifadə edərək bu problemlərə son qoyuldu.

Damarların bu patologiyasının müalicəsində son nailiyyətlərdən biri su hopduran lazerlərin (1470 – 1560 nm) və radial işıq ötürənlərin tətbiqidir.

"Endovenoz Lazer Ablasiya” lazer işıqlandırıcı üsulun üstünlükləri ondan ibarətdir ki, kəsiksiz, ağrısız, qansız, yerli anesteziya ( "keyitmə” ) vasitəsi ilə optik lifli lazer katetr ilə genişlənmiş venaya iynə yeridilir və ətraf toxumaya, sinirə zərər vermədən, varikoz damar tam bağlanılır.

Uzun müddətli fizioloji, psixoloji və sosyoloji problem yaşayan xəstələr bizim əməliyyatdan sonra bir daha əmin olurlar ki, sağlamlıqlarını xəstəliklərinə qurban vermək olmaz!

Əməliyyat narkozsuz ağrısız kəsiksiz ən əsasıda kosmetik görünüşə zərər vermədən yerinə yetirilir.

Sağlamlığınızı xəstəliklərə qurban verməyin!!!

Xətai Estetik Klinikasının ümumi cərrahı Məhəmməd Əfəndiyev

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti