Xəzər Xəbər

Gənclərdə yüksək təzyiq ürək-damar xəstəlikləri riskini artırır

Cəmiyyət | 19:52 • 13 Noyabr 2018
Gənclərdə yüksək təzyiq ürək-damar xəstəlikləri riskini artırır

Yüksək təzyiq və ürək-damar xəstəliklərinin bir-biri ilə əlaqəli olduğu heç kimə sirr deyil. Lakin gənclərdə yüksək təzyiq müşahidə olunduqda ürək-damar xəstəliklərinin yaranma riski artır. Bu nəticəyə Dyukan Universitetinin mütəxəssisləri apardıqları araşdırmanın sonunda gəliblər.


AZƏRTAC Mad Daily saytına istinadla xəbər verir ki, amerikalı alimlər normal təzyiqi 120/80 olaraq müəyyən edirlər. Göstərici 120-129/ən azı 80 olduqda isə bu artıq yüksək təzyiq hesab olunur. I dərəcəli hipertoniyada qan təzyiqi 130-139/80-89, II dərəcədə isə 140/90 və daha yüksəkdir. Bu istiqamətdə aparılan araşdırmalarda 40 yaşa qədər 4800-dən çox insanın qan təzyiqi ölçülüb.


Tədqiqatlardan müəyyən edilib ki, 40 yaşa qədər olanlarda yüksək təzyiq varsa bu, ürək-damar xəstəlikləri riskini 3,5 dəfə artırır. Bunlara ürək tutmaları və insultlar da daxildir.

Xəbər lenti