Xəzər Xəbər

Sahil Babayev narazı şəhid ailələrini yenidən qəbul etdi

Cəmiyyət | 13:56 • 13 Noyabr 2018
Sahil Babayev narazı şəhid ailələrini yenidən qəbul etdi

Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsə bu gün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşıb.


Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.



F.Talıbov qeyd edib ki, həmin şikayətçilər nazir Sahil Babayev tərəfindən qəbul olunub:


"Onlara birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedur izah olundu. Ötən dövrdə sığorta ödənişi almaq üçün rəsmiləşdirilmiş sənədlərin mövcud olduğu və rəsmi şəkildə onlara təqdim edildiyi bildirildi”.

Xəbər lenti