Xəzər Xəbər

Şəkərli diabet xəstələri üçün vəsait artırılıb, amma alınan dərmanlara çatmır - AÇIQLAMA

Cəmiyyət | 16:08 • 12 Noyabr 2018
Şəkərli diabet xəstələri üçün vəsait artırılıb, amma alınan dərmanlara çatmır -

Bu il şəkərli diabet xəstələri üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılaraq 36 milyon manata çatdırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün bu vəsait çatmır.

Bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində şəkərli diabet xəstələri üçün ayrılacaq maliyyə vəsaitinin artacağı gözlənilir.

Bu yaxınlarda şəkərli diabet xəstələrinin dərman preparatları ilə təminatında yaranan problemə də toxunan B.Salek bildirib ki, dərmanların alınması zamanı növbələrin yaranmamasından ötrü bölgələrdəki bütün həkimlərə xəstələrə dərmanların fərqli günlərdə verilməsi barədə tapşırıq verilib:

"Bölgələrə məlumat göndərildi ki, rayonlardakı xəstələrin hamısına dərman 1-3 gün ərzində paylanılmasın. Xəstələr bir ay ərzində elə bölüşdürülsün ki, onlar ayın müəyyən günlərində dərmanlarını alsınlar. Xəstələrin hamısının 1-3 gündə kiçik bir aptekdən dərman alması böyük növbələrin yaranmasına və nəticədə ajiotaja səbəb olur. Digər tərəfdən, iki gün ərzində xəstələr müraciət edəndə endokrinoloqun işi yalnız resept yazmaq olur, digər xəstələrin müayinəsinə isə vaxt qalmır. Problemin çıxış yolunu bunda görürük ki, bu ildən etibsrən rezidenturada təhsil alan endokrinoloqların sayı artırılsın".

B.Salek əlavə edib ki, hazırda respublika üzrə 359 endokrinoloq var: "Elə bölgələrimiz var ki, orada 2600 xəstəyə cəmi 2 endokrinoloq baxır. Onlar bu işi çatdıra bilmədiklərindən gələn ildən etibarən həm tibb bacıları üçün treninqlər keçiriləcək, həm də bu işə terapevtlər cəlb ediləcək. Treninqdən sonra terapevtlər ikinci tip diabetin başlanğıcında olan xəstələrin müalicəsini apara biləcəklər". (Trend)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti