Xəzər Xəbər

Qışda ətir alarkən nəyə diqqət etməliyik?

Cəmiyyət | 14:27 • 12 Noyabr 2018
Qışda ətir alarkən nəyə diqqət etməliyik?

Ətir hər mövsüm istifadə edilən və insanı xüsusi edən ən mühüm gözəllik ayinlərindən biridir. Biz çox vaxt ətri zövqümüzə uyğun olaraq seçirik. Lakin mövsümlər də ətir seçminə birbaşa təsir göstərir. Yay ətirləri mövsüm geyimləri kimi yüngül, rahat və daha təravətli olur. Qışa isə daha ağır ətirlər yaraşır.

XəzərXəbər bu yazıda oxucuları qış ayları üçün uyğun olan ətirlərlə tanış edib.

Qışda, soyuq havalarda ətir qoxuları daha tez yox olur. Odur ki, qış aylarında incə qoxular yerinə daha ağır və ədviyyatlı qoxulara üstünlük vermək tövsiyə edilir. Bu səbəbdən də kəskin ədviyyatlı qoxularda spirt nisbəti daha çoxdur.

Ümumiyyətlə, ənbər, darçın, müşk, vanil, balqabaq, odun və ədviyyatlı qoxulara qışda daha çox üstünlük verilir. Bu qoxular daha kəskin və ekzotikdir. Bununla belə gündəlik üçün çox iddialı və ağır qoxular seçməyin. Kəskin olduqlarından dolayı tünd qoxular ətrafdakıları narahat edə bilər. Odur ki, istifadə olunan ətirləri zamana və getdiyiniz məkana əsasən seçin.

Yüngül ətirlər kateqoriyasına yaşıllıq, okean-ozon, çiçək və meyvə ailələrinə aid olan bəzi ətirlər daxildir. Ağır kateqoriyasına isə ənbər-ağac ailəsi mənsubları aiddir. Ətrin ağırlığı və kəskinliyi günün sonrakı saatlarında artır./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
385 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti