Xəzər Xəbər

Bu gecə Bakıda yağış yağacaq

Cəmiyyət | 18:47 • 22 Oktyabr 2018
Bu gecə Bakıda yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 22-dən 23-nə keçən gecə müşahidə ediləcək hava proqnozunu açıqlayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-dən 23-nə keçən gecə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 15-17 dərəcə isti təşkil edəcək.

Bölgələrdə də oktyabrın 22-dən 23-nə keçən gecə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 12-17, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti