Xəzər Xəbər

Müəllimlərin işə qəbulunun üçüncü turu üzrə nəticələr açıqlanıb

Cəmiyyət | 12:57 • 26 Sentyabr 2018
Müəllimlərin işə qəbulunun üçüncü turu üzrə nəticələr açıqlanıb

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.


Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.


Təhsil Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1582 namizəd uğur qazanıb.


Müəllim adını qazananlar sentyabrın 27-dək zəruri sənədləri (şəxsiyyəti təsdiqləyən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.


Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə növbəti turun oktyabrda keçirilməsi nəzərdə tutulub.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti