Qadağan edilən yerlərdə siqaret çəkilməsini təklif edənlərə cərimə tətbiq olunacaq. XəzərXəbər xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilir. Dəyişikliyə əsasən, Məcəllənin 212-ci (Tütün məmulatının
istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd
əlavə edilir.
Yeni
bəndə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması
haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil
edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait
yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli
şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.