Xəzər Xəbər

Abşeron yarımadasındakı sürüşmə zonalarının son vəziyyəti açıqlanıb

Cəmiyyət | 14:22 • 24 Sentyabr 2018
Abşeron yarımadasındakı sürüşmə zonalarının son vəziyyəti açıqlanıb

"Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Abşeronda yerləşən bütün sürüşmə sahələrində müşahidələr aparılıb".

Bu sözləri açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, aparılan monitorinqlərin nəticələrinə görə, Abşeron yarımadasında yerləşən sürüşmə zonalarında hazırda ciddi bir gərginlik müşahidə olunmayıb: "Təbii ki güclü, leysan xarekterli yağışdan sonra xırda uçqunlar olur, amma bu uçqunlar sürüşmə deyil. Ola bilsin divarın bünövrəsi yaxşı olmayıb güclü yağışlara tab gətirə bilməyib və uçub".

Ə.Qaralovun sözlərinə görə, sürüşmə zonalarında daimi olaraq müşahidələr aparılır.(report.az)

Xəbər lenti