Aprel ayından bu günə qədər ilan sancması ilə bağlı 71 müraciət qeydə alınıb. Bu barədə
AzVision.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.
O bildirib ki, bu müddətdə 26 nəfər əqrəb, 18 nəfər qara qurd sancmasına görə mərkəzə müraciət edib.
"İlin
əvvəlindən 118 nəfər dəm qazından, 16 nəfər isə sirkə turşusundan
zəhərlənmə ilə müraciət edib. Sirkə turşusundan 2 nəfər həyatını itirib.
Dəm qazı ilə zəhərlənənlərdən 40 nəfərin, sirkə turşusu ilə müraciət
edənlərin isə 80 faizinin vəziyyəti ağır olub. Bundan əlavə ilan
sancması ilə müraciət edənlərdən 16 nəfər, əqrəb sancması ilə
gələnlərdən 4 nəfər, qaraqurd sancması ilə bağlı 8 nəfərin vəziyyətinin
ağır olduğu müşahidə edilib", - deyə A.Maqsudov vurğulayıb.