Dövlət İmtahan Mərkəzi
(DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə
(inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr
üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.
DİM-dən verilən məlumata görə, saat 10:00-da başlanan imtahan üç saat davam edəcək.
Test
imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan
vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikat beş il müddətinə
qüvvədə olacaq.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə
sertifikata malik şəxslər nəzərdə tutulmuş vəzifə, habelə həmin
altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə
üzrə keçirilən müsahibələrdə iştirak edə bilərlər. Elan olunmuş
müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə
müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin
tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən
namizəd müsahibədə iştirak edə bilməz.