Bakı-Sumqayıt
(H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm
marşrut avtobuslarında gediş haqqı Tarif Şurasının 2018-ci il 30 iyul
tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi
ilə təsdiq olunub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
(NRYTN) yanında Dövlət Avtomabil Nəqliyyatı Xidməti (DANX) tərəfindən
həmin istiqamət üzrə tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə
müraciət edildikdən sonra, əldə olunan razılığa əsasən, tarif 60 qəpiyə
endirilib.
Beləliklə, bu gündən etibarən Bakı-Sumqayıt
(H.Z.Tağıyev qəsəbəsi ) istiqamətində 502 saylı marşrut xəttindən
istifadə edən sərnişinlər gediş haqqı üçün 60 qəpik ödəyəcəklər.
Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub.
Sərnişinlərdən
süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı NRYTN-nin "1655”
saylı "Qaynar xətt”nə müraciət edərək məlumat vermələri rica olunur.
Əlavə
olaraq qeyd edək ki, avqust ayının 3-dən etibarən 501 və 503 saylı
marşrut xətlərində də DANX-ın daşıyıcılara müraciətindən sonra tarif 60
qəpik müəyyən edilib.