Azərbaycana yay fəsli daxil olub. XəzərXəbər xəbər verir ki, bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15-dən ölkəmizə qədəm qoyan yaz fəsli bu gün saat 14:07-dən etibarən yay fəsli ilə əvəzlənib.
Yay
fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz
(14 saat 43 dəqiqə) və ən qısa gecə yaşanacaq. Cənub yarımkürəsində isə
bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq.
İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr uzanmağa
başlayacaq. Bu proses 21 sentyabr tarixinədək davam edəcək.