Sabah Bakıda və
Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə
20-23, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacağı
gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, atmosfer təzyiqi normadan aşağı 757 mm civə
sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24
dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil,
Şıx) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti
təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 22-də hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq
ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq
küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 22-də Abşeron
yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji
amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas
insanlar üçün əlverişlidir.