Xəzər Xəbər

Dövlət büdcəsindən pensiya və müavinətlər üçün ayrılan məbləğ açıqlanıb

Cəmiyyət | 12:44 • 21 İyun 2018
Dövlət büdcəsindən pensiya və müavinətlər üçün ayrılan məbləğ açıqlanıb

Pensiyaya çıxanların sonradan pensiyalarını hesablamaq və digər məsələlərlə bağlı "Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat pul lazımdır.


Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.


H.Rəcəbli qeyd edib ki, komitə bu qədər vəsaitin dövlət büdcəsindən ayrılması üçün qanunlara əlavə və dəyişikliklər edib:


"Bütün bunlar möhtərəm prezidentimizin xeyir-duası ilə görülən işlərdir. Prezident şəhid ailələrinə müavinətin verilməsi ilə bağlı daha bir addım atıb. Bu məqsəd üçün də 98 milyon manat vəsait lazımdır. Beləliklə, 300 milyon manata yaxın vəsait təkcə bu sosial məqsədlər üçün nəzərdə tutulur”. (Trend)

Xəbər lenti