Xəzər Xəbər

Gün eynəklərinin üz quruluşuna uyğun seçilməsi tövsiyə olunur

Cəmiyyət | 13:59 • 23 May 2018
Gün eynəklərinin üz quruluşuna uyğun seçilməsi tövsiyə olunur

Günəşin ultrabənövşəyi (UB) şüalarına uzun müddət məruz qalmaq gözün torlu qişasının zədələnməsinə və katarakt (mirvari suyu) kimi göz problemlərinə səbəb ola bilər. Bunun baş verməməsi üçün gün eynəklərindən istifadə etmək mütləqdir. Lakin gün eynəyi taxmaq çox böyük diqqət tələb edir.


Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən verilən xəbərə görə, keyfiyyətsiz, UB şüaları keçirən şüşədən hazırlanmış gün eynəyi istifadə edildiyi zaman göz bəbəkləri böyüyür. Tünd şüşələr gözün təbii qorunma mexanizmini (bəbəyin parlaq işığa reaksiyası) pozur, lakin qoruya bilmir. Bu da zərərli şüaların gözə daha çox daxil olaraq torlu qişada zədələyici təsir yaratmasına səbəb olur. Uzun müddət ərzində gözdə miopiya, astiqmatizm, hətta iki göz arasında əlaqənin zəifləməsi və ikili görmə yarana bilər.


Gün eynəyi seçərkən diqqət edilməli məqamlar var. Belə ki, ilk olaraq eynəyi taxdığınızda bulanıq görürsünüzsə, şüşəsinin keyfiyyətsiz olduğundan əmin ola bilərsiniz. Üz quruluşuna uyğun eynək seçilməsi tövsiyə olunur. Çünki eynək üz quruluşuna tam uyğun gəlmədiyi halda gözünüz yan tərəflərdən günəşin zərərli şüalarına məruz qala bilər. Eynəyin şüşəsinin rənginin hər tərəfində eyni olmasına diqqət edilməlidir. Eynəyi taxdığınız zaman qarşı tərəfdə duran şəxs gözlərinizi görürsə demək ki, şüşəsi kifayət qədər tünd deyil.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti