Xəzər Xəbər

DİN rəsmisi: “Yetkinlik yaşına çatmayanlarla bağlı cinayətlərin sayı şişirdilir”

Cəmiyyət | 12:41 • 23 May 2018
DİN rəsmisi: “Yetkinlik yaşına çatmayanlarla bağlı cinayətlərin sayı şişirdilir”

"Azərbaycanda çox vaxt yetkinlik yaşına çatmayanlarla bağlı cinayətlərin sayı şişirdilir”.


Bunu Milli Məclisdə keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyi Baş ictimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov bildirib.

O qeyd edib ki, son 5 ildə yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinayətlərin sayında artım yoxdur: "Çox təəssüf ki, bu faktlar mediada şişirdilir”.

DİN rəsmisi yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqla bağlı faktların da şişirdildiyini bildirib. Onun sözlərinə görə, son 5 ildə bu statistikada artım yoxdur: "Təbii ki, dünyada cinayətlər var və Azərbaycan da dünyanın bir hissəsidir. İndiki zamanda hamımıza məlumdur ki, internet çox geniş yayılıb və hər bir uşaq internetdən rahat istifadə edir. Bəzən o fəsadlar da internet vasitəsilə yayılır”.

DİN rəsmisi onu da bildirib ki, son vaxtlar Azərbaycanda uşaqlar arasında aqressiya, psixoloji gərginliyin artmasına səbəb xaricdən daxil olan internet oyunları, o cümlədən digər vasitələrdir: "Bu artıq ölkədə ciddi narahatlıq doğuran fakta çevrilib”. (APA)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti