Xəzər Xəbər

Sürücülərin NƏZƏRİNƏ! Daha iki yolda hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət | 11:35 • 23 May 2018
Sürücülərin NƏZƏRİNƏ!
Yasamal rayonu, "Bakı Dairəvi-1” avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti