Mayın 21-dən "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus avtobuslarda kondisionerlər işə salınıb.
"BakuBus”MMC-dən XəzərXəbər-ə verilən məlumata görə, avtobuslarda kondisionerlər payızda hava şəraiti sərinləşənədək işləyəcək.
Qeyd edək ki, "BakuBus” MMC-yə məxsus avtobuslar Bakı şəhəri ərazisində 1, 2, 3, 5, 6, 8, 13, 14, 17, 21, 125, 175 nömrəli və Hava Limanı Ekspress marşrut xəttləri üzrə hərəkət edir.