Xəzər Xəbər

Sürücülərin NƏZƏRİNƏ! Daha bir yolda hərəkət məhdudlaşdırılır

Cəmiyyət | 12:33 • 22 May 2018
Sürücülərin NƏZƏRİNƏ!

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədəüfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

XəzərXəbər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə axşam saatlarına qədər avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti