Xəzər Xəbər

Mingəçevir su elektrik stansiyası bu il istifadəyə veriləcək

Cəmiyyət | 12:38 • 26 Aprel 2018
Mingəçevir su elektrik stansiyası bu il istifadəyə veriləcək

2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 mlrd. kilovat-saat təşkil edib. Bunun 20,2 mlrd. kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 mlrd. kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb.

"Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının innetnet səhifəsinə müsahibəsində "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev deyib.

Bundan başqa, onun sözlərinə görə, bu il Mingəçevir su elektrik stansiyası yenidən qurulmadan sonra istifadəyə veriləcək: "Cari ildə elektroenergetika sistemində bir sıra yeniliklərin olacağı gözlənilir. 2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə "Şimal-2" elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan "Astara-1", "Oğuz-1", "Oğuz-2" və "Oğuz-3" kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti