Bakı şəhərində
avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi
ilə, Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağından Xətai
prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas
yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq,
aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən xəbərə görə, məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.