Xəzər Xəbər

Şəmkirdə 1, Bakıda 8 məktəbdə tədris xarici dildədir SİYAHI

Cəmiyyət | 10:30 • 17 Fevral 2018
Şəmkirdə 1, Bakıda 8 məktəbdə tədris xarici dildədir

Hazırda Azərbaycanda fəaliyyət göstərən 9 ümumtəhsil məktəbində tədris xarici dillərdə aparılır.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Nazirlikdən verilən məlumata görə, xarici dildə tədris aparılan təhsil müəssisələri özəl məktəblərdir.

"Məktəblərdən biri Şəmkir rayonunda, digər 8-i isə Bakıda fəaliyyət göstərir. Onlardan 6-da ingilis, 1-də rus, 1-də fransız, 1-də türk dilində tədris aparılır. İngilis dilində tədrisin aparıldığı məktəblərdə 2078 şagird təhsil alır, amma fransız dilli məktəbdə 105 şagird, rus dilli məktəbdə isə 106 şagird, türk dilli məktəbdə isə 556 şagird təhsil alır. Ümumilikdə xarici dildə tədrisin aparıldığı ümumtəhsil məktəblərində 2845 şagird təhsil alır".

Tədrisin xarici dildə aparıldığı məktəblər:

1.Baku Oxford School tam orta ümumtəhsil məktəbi MMC (ingilis) 585 şagird təhsil alır.
2.Baku Oxford Schoolun Şəmkir filialı (ingilis) 207 şagird təhsil alır.
3.Bakı Fransız Liseyi Təhsil Kompleksi (fransız) 105 şagird təhsil alır.
4.BAKI İstedadlar və Təhsil Kompleksi (ingilis) 446 şagird təhsil alır.
5.Odlar Yurdu universitetinin İnnovasiya məktəbi (British School) (ingilis) 388 şagird təhsil alır.
6.Oxbridge Academy (ingilis) 183 şagird təhsil alır.
7.SABİS SUN İnternational school (ingilis) 269 şagird təhsil alır.
8.Xabad Or Avner tədris kompleks (rus) 106 şagird təhsil alır.
9.Bakı Atatürk Liseyi (türk) 559 şagird təhsil alır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
519 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti