Bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin
olacaq. Cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin
XəzərXəbər-ə məlumatına görə, havanın temperaturunun Bakıda və Abşeron
yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 70-80
faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 17-də hava
şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin səhər və
gündüz cənub rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın
temperaturunun gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3
dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı
gözlənilir.
Tibbi-meteoroloji proqnozFevralın 17-18-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.