Xəzər Xəbər

20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi

Cəmiyyət | 12:31 • 20 Yanvar 2018
20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edildi

Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

XəzərXəbər-in məlumatına görə, nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar siqnal verib.

20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 28 il keçir.

Xəbər lenti