Xəzər Xəbər

Sürücülərin diqqətinə Xəbəriniz olmadan vəsiqəsiz qala bilərsiniz

Cəmiyyət | 17:34 • 21 Noyabr 2017
Sürücülərin diqqətinə

"Son günlər belə xəbərlər çoxalır. Məhkəmələr sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə işlərə (sürücünün cəriməni ödəməyi 3 aydan çox gecikdirdiyinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması ilə bağlı işlərə) onları məlumatlandırmadan baxırlar”.

XəzərXəbər xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert bəzi məhkəmələr tərəfindən atılan bu addımın qanunazidd olduğunu qeyd edib:

"Hörmətli hakimlərin və onların köməkçilərinin diqqətinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsi sürücünün məlumatı olmadan belə işlərə baxmağı qadağan edir. Ən başlıcası isə odur ki, bildirişi alan və işin nə yerdə olduğunu anlayan sürücü ağır şərtlərlə kredit alsa da, cəriməni ödəyəcək və sizin əziyyət çəkib qərar çıxarmağınıza ehtiyac qalmayacaq”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
426 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti