Xəzər Xəbər

10 milyarder kişi qadın axtarışına çıxdı Əsl sevgi, ömür-gün yoldaşı...

Cəmiyyət | 15:24 • 17 Noyabr 2017
10 milyarder kişi qadın axtarışına çıxdı

Dünyanın ən çox həsəd aparılan milyarderləri subaylıqdan bezib ciddi münasibət axtarışındadır.

XəzərXəbər rus mətbuatına istinadən onların siyahısını təqdim edir:

1. 46 yaşlı İlon Mask. Tesla və SpaceX korporasiyalarının təsisçisi bəyan edib ki, tənhalıqdan bezib. Ona bir gecəlik deyil, ömür-gün yoldaşı lazımdır.

2. Çukotkanın eks-qubernatoru 51 yaşlı Roman Abramoviç qəmgin və tənha görünür. O, Darya Jukova ilə ayrıldıqdan sonra özünə gələ bilməyib. Bu il bütün yayı öz yaxtasında təklikdə başa vurub. Biznesmen bu yaxınlarda Manhettendə villa alıb. Lakin orada tək yaşamaq fikrində deyil.

3. 26 yaşlı Hyu Qrosvenor - Vesministr hersoqu - keçən il atasını itirib və 9,3 milyard funt varidata sahib olub. Onu Avropanın ən çox həsəd aparılan gənci adlandırırlar.

4. 41 yaşlı Yan Kum - WhatsApp-ın yaradıcısı – öz maneken görkəmi ilə qızların "ağlını əlindən alıb". Bir qədər əvvəl ukraynalı maneken Evelina Mambetova ilə ayrılıb. Hazırda uzunmüddətli münasibət axtarışındadır.

5. 27 yaşlı Bobbi Mörfi 4 milyard dollar var-dövlətə sahibdir. Snapchat-ın yaradıcısı öz həmkarı Evan Şpigellə ailə qursa da, yeni sevgi axtarışındadır.

6. 33 yaşlı Tom Persson H&M məşhur geyim mağazalar şəbəkəsinin sahibinin nəvəsidir. Onun nəsli 3 əsrdir ki, öz milyardları ilə öyünür. Tom əsl sevgi axtarışındadır. Onun arzusu çoxuşaqlı ata olmaqdır.

7. 29 yaşlı Patrik Kollison - kompüter "əjdaha"sıdır. Qısa müddət ərzində varlanan Patrik 2010-cu ildə öz qardaşı ilə birlikdə elektron xidmətlər bürosu açıb. Gərgin iş rejimi səbəbindən ailə qura bilməyib.

8. 26 yaşlı Con Kollison Ginnesin rekordlar kitabına düşüb. O, öz gücünə varlanan ən gənc milyarderdir. Stripe ödənişli sistemin yaradıcısıdır. Hazırda o da özünə sevgili axtarır.

9. 24 yaşlı Qustav Maqnar Vitze - Şimali Avropada milyarder nəslin varisidir. Salmar ASA kompaniyasının səhmlərinin böyük hissəsinə malikdir. Ekstremal idman növlərini və musiqini sevir. Özünə sevgili axtarışındadır.

10. 31 yaşlı Lukas Uolton 11 milyon dollarlıq var-dövlətə malikdir. Bu miras ona babasından qalıb. Belə ki, babası Walmart supermarketlər şəbəkəsinin sahibi olub. Amerikalı beysbol, pivə və Havay adalarında istirahəti sevir./aznews.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti