Xəzər Xəbər

Dövlət mollalara maaş verəcək

Cəmiyyət | 12:32 • 17 Noyabr 2017
Dövlət mollalara maaş verəcək

"Növbəti ildən din xadimlərinə məvaciblərin ayrılması nəzərdə tutulur”.

XəzərXəbər xəbər verir ki,bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə Milli Mənəvi Dəyərlərin Qorunması barədə Fond artıq təsis edilib

"Bu proses Fond tərəfindən həyata keçiriləcək. Burada Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi təyin olunmuş din xadimlərinə əmək haqqı ayrılmasından söhbət gedir. QMİ tərəfindən təyin olunmuş şəxslərin siyahısı dövlət komitəsinə təqdim olunduqdan sonra Fond vasitəsilə din xadimlərinə məvacib veriləcək. Məvacibin miqdarı isə din xadiminin tutduğu vəzifədən aslı olacaq. Bunun üzərində hazırsa iş gedir”.

Xəbər lenti