Xəzər Xəbər

Qocalar arasında bu xəstəlik yayılıb Tam müalicəsi yoxdur

Cəmiyyət | 12:52 • 20 Sentyabr 2017
Qocalar arasında bu xəstəlik yayılıb

Bu gün Azərbaycanda əhalinin orta yaş dövrünün artması ilə əlaqədar Altsheymer xəstəliyinin artma tezliyi də yüksəlib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Psixi Sağlamlıq Mərkəzinin Müalicə və poliklinika şöbəsinin müdiri Səbinə Rəşidova deyib.

Onun sözlərinə görə, xəstəliyin simptomları əqli geriliklə müşahidə olunur, yaddaş zəifləyir, qavrama və təfəkkür prosesləri ləngiyir. Bu, sonda intellektin azalmasına səbəb olur:

"İlk mərhələdə bu proseslər elə də hiss olunmur. Xəstəlik ilkin mərhələdə aşkar olunarsa, onun ağırlaşmasının qarşını almaq vaxtını uzatmaq mümkündür. Lakin tam müalicəsi yoxdur".

S.Rəşidova əlavə edib ki, altheymer xəstəliyi beynin neyro-degenerativ xəstəliyidir. Bu xəstəlik adətən 60-70 yaşlı insanlarda müşahidə olunur. 60-70 yaşda olan insanların 1,6 %-i, 70-80 yaş arasında 20 %-i, 80 yaşdan yuxarı insanların isə 40 %-də bu xəstəliyə rast gəlinir.

Həkim qeyd edib ki, xəstəliyin yaranmasında genetika da rol oynayır. Eyni zamanda, oturaq həyat tərzi, stress, depressiya, düzgün qidalanmamaq, şəkərli diabet, hipertoniya kimi xəstəliklər Altsheymerin erkən yaranmasına səbəb olur.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
389 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti