Qaz xətti üzərində qaz
tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315 mm-lik
polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530
mm-lik siyirtmənin dəyişdirilməsi ilə əlaqədar 20 sentyabr saat
09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin,
həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək
qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr
yaranacaq.
"Azəriqaz” İB-dən
XəzərXəbər-ə verilən məlumata görə, aparılan təmir işlərinin Binəqədi rayonu 6, 7, 8
və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin
eləcə də Motodrom ərazisində bir hissəsinin qaz təchizatına da təsir
göstərməsi mümkündür.
"Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz”
İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə
diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət
edilməsini xahiş edir”, - deyə məlumatda qeyd olunub.