Xəzər Xəbər

Bəziləri çox yesə də, kökəlmir SƏBƏB

Cəmiyyət | 11:14 • 18 Sentyabr 2017
Bəziləri çox yesə də, kökəlmir

Yəqin, sizin də ətrafınızda çox yeməyinə baxmayaraq, kökəlməyən, daim eyni çəkidə qalan, hətta arıqlıqdan şikayət edən tanışlarınız var.

Bəs bunu necə bacardıqlarını heç düşünmüsünüz?

İngilis alimlər çox yeyib kökəlməyən insanların sirrini araşdırıb.

Araşdırmanın nəticələrinə görə, bəzi insanların kökəlməyə meyilli olmamalarının səbəbi onların qanlarındakı şəkər səviyyəsinin qidalara fərqli reaksiya verməsidir.

Alimlər bildirib ki, pəhriz zamanı əsasən qlisemik indeksi aşağı olan meyvə-tərəvəz kimi qidalar yemək məsləhət görülür. Halbuki, qidaların təsiri insandan-insana dəyişir. Belə ki, bəziləri makaron yeyib arıqlaya bildiyi halda, digərlərini pomidor belə kökəldə bilər.

800 könüllünün iştirak etdiyi araşdırma zamanı sağlam qidaların da insanı kökəldə biləcəyi və əksinə, kökəlməyə səbəb olduğu deyilən un məmumlatlarının və ya yağlı qidaların arıqlamağa xidmət edə biləcəyi müəyyənləşdirilib./publika.az

Xəbər lenti