Azərbaycanın internet satış portallarından birində 37 000 manata avtomobilin seriya nömrəsi satışa çıxarılıb. "10-AA-571” və "10-AS-571” dövlət nömrə nişanlarının 37 min manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.
Satışda, həmçinin "AA”, "AS”, "AF” seriyalı qeydiyyat nişanları da var.
Ekspertlər isə bildirirlər ki, qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni ayrıca satmaq qanunla qadağandır.