Türkiyə Prezidenti: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”

05.12.2020 17:26

"Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır”.

 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.

"Azərbaycan kimsənin torpağına əl uzatmadı, göz dikmədi, kimsəyə hücum etmədi. BMT və ATƏT qərarlarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi dinc insanların yaşadığı yeri hədəf almaqla deyil, qanun çərçivəsində gerçəkləşdirdi”,-deyə Ərdoğan vurğulayıb.apa

Nərmin Məcidli

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR