Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin ediblər - Rusiya KİV

05.12.2020 15:02

Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu işğal edildikdən sonra orada yerləşən Xudavəng monastırına erməni terrorçusu rəhbər təyin edilib.

Bu barədə Rusiyanın "smi6.ru" nəşri yazıb.

Qeyd olunur ki, 1994-cü ildən etibarən Kəlbəcər işğaldan azad edilənədək Ter-Ovanes Ovannisyan monastırın rəhbəri olub. O, 1990-cı illərdə dinc Azərbaycan sakinlərinə qarşı törətdiyi vəhşiliklərlə tanınıb. Onun, Qarabağdakı azərbaycanlılara qarşı etnik təmizləmələrdə iştirak etdiyi deyilib.

İkinci Qarabağ müharibəsi başlayanda da "Ovanes ata" hər kəsi silaha sarılmağa və Azərbaycana qarşı mübarizə aparmağa çağırırdı.

Kəlbəcər azad olunduqdan sonra o monastırı tərk etməyəcəyəni bildirsə də, qısa müddət sonra erməni katolikosu II Qaregin tərəfindən Yerevana çağırılıb.trend

Nərmin Məcidli

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

18.01.2021 21:43

Faktiki hava açıqlandı

ÇOX OXUNANLAR