"Məşğulluq" altsistemindən vətəndaşlara göndərilən mesajla bağlı AÇIQLAMA

02.12.2020 17:25

"Məşğulluq" altsistemindən, (MAS) vətəndaşlara beş gün ərzində şəxsi kabinetlərində fərdi məşğulluq proqramını təsdiq etmələri üçün mesaj göndərilib. Beş gün ərzində vətəndaşlar linkə daxil olub proqramı təsdiq etmədikləri halda, işsiz kimi qeydiyyatdan çıxarılırlar. Sosial şəbəkələrdə vətəndaşlar linkin açılmadığını, 190 manat birdəfəlik ödəmənin verilməsində vətəndaş sayını azaltmaq istədikləri üçün MAS-ın belə bir addım atdığını qeyd ediblər.

Bu məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Xezerxeber.az-a açıqlama verib.

O bildirib ki, link bəzi telefonlarda dəstəklənmir. "Vətəndaşlar telefonla linkə daxil ola bilmədikdə kompyuterlə giriş edə bilərlər. Fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan sənəddir və bunun 190 manat birdəfəlik ödəməylə əlaqəsi yoxdur. İşsiz status ləğv edilən şəxslər təkrar qeydiyyata düşmək üçün müraciət edə bilərlər. Burda heç bir məhdudiyyət yoxdur”- Ə.Nəcməddinqızı qeyd edib.
Nərmin Məcidli

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR