Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Komissiya: Ermənistan hərbçilərinin və mülki şəxslərin hüquqları tam təmin edilib

01.12.2020 17:45

"Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət KomissiyasındanAPA-ya bildirilib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilib, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib: "Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim edib, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil edib”.

Nərmin Məcidli

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

18.01.2021 21:43

Faktiki hava açıqlandı

ÇOX OXUNANLAR