Merkel koronavirusla bağlı xəbərdarlıq edib

01.12.2020 15:39

Almaniya Kansleri Angela Merkel üçüncü koronavirus dalğası barədə xəbərdarlıq edib.

 "Reuters” xəbər verir ki, Kanslerin sözlərinə görə, Almaniyada noyabrda yumşaq karantin tədbirlərinin tətbiq olunmasından sonra yoluxma hallarının sayı sabitləşib. Bununla birlikdə, Kansler vəziyyətin hər an dəyişə biləcəyini qeyd edib.

"Qışda çox diqqətli olmalıyıq. Əks təqdirdə yeni bir dalğa olacaq”,- deyə Kansler bildirib.


Nərmin Məcidli

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR