Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Qarabağ yeni turizm məkanı olacaq

26.11.2020 15:50

Eyni zamanda DTA-nın sədri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə haqqında danışaraq, Azərbaycanın torpaqlarının azad edilməsi uğrunda apardığı haqq savaşında daim dəstəkləyən təşkilatın bütün üzvlərinə öz təşəkkürünü çatdırıb.

O bildirib ki, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılacaq. Fuad Nağıyev, həmçinin azad edilmiş torpaqlarda dayanıqlı turizmin inkişaf etdirilməsi və dağıdılmış İslam irsinin bərpası istiqamətində COMCEC-lə əməkdaşlıq çərçivəsində proqramların həyata keçirilməsinin məqsədəuyğun olacağını əlavə edib.

Fuad Nağıyev çıxışında son illərdə Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilməsi, pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün hökumət tərəfindən təqdim olunan iqtisadi və sosial dəstək paketi haqqında iştirakçılara məlumat verib.

Agentlik sədri iyun ayında Qəbələ şəhərində "Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilməli olan, ancaq pandemiya səbəbindən təxirə salınan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam Əməkdaşlığı Təşkilatının üzvüdür.

1984-cü ildən bəri hər il Türkiyə Respublikasının sədrliyi ilə İstanbulda təşkil olunan İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin sessiyasında bu il 35 ölkənin nümayəndə heyəti video-konfrans formatında iştirak edib.


© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR