Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Hərbi xidmətdəki tələbələrə görə bu qaydalarda dəyişiklik edildi

26.11.2020 15:43

Təhsil Nazirliyi akademik məzuniyyətlə bağlı qaydalarda dəyişiklik edib.

Bu barədə Xezerxeber.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Təhsil Nazirliyinin Kollegiyası qismən səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan tələbələrin təhsilində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə akademik məzuniyyətin verilməsi qaydalarında dəyişiklik edib.

"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”dakı dəyişikliyə əsasən, tələbələrə verilən akademik məzuniyyət hallarının əhatə dairəsi genişlənib. Belə ki, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə buraxılacaqlar.

Qərar noyabrın 24-dən qüvvəyə minib.

© xezerxeber.az


472 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR